Anar Məmmədxanlının kitabları təqdim olundu - FOTOLAR

22:10 | 18.04.2015
Anar Məmmədxanlının kitabları təqdim olundu - FOTOLAR

Anar Məmmədxanlının kitabları təqdim olundu - FOTOLAR

Aprelin 18-də Muğam Mərkəzində ictimai xadim, Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanlının kitablarının təqdimat mərasimi keçilib. 

ANN.Az xəbər verir ki, təqdimat mərasimində yazıçının ailə üzvləri ilə yanaşı sənət dostları - Murad Dadaşov, Bəhram Bağırzadə, Milli Məclisin deputatları Nizami Cəfərova, Səməd Seyidov, Elmira Axundova, ombudsman Elmira Süleymanova,  Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov tədbirə qatılanlar arasında olub.
 
Anar Məmmədxanlının kitablarının hazırlamasında əsas təşkilatçılarından biri, kitabın redaktoru, müəllifi olan Millət vəkili Elmira Axundova jurnalistlərə açıqlamasında yazıçı haqqında fikirlərini bildirərkən qeyd etdi ki, Anar Məmmədxanlı yaddaşımızda "Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı kimi qaldı: Anar Məmmədxanalının bu kitabları ilə tanış olduqda siz tamamilə başqa Anar Məmmədxanlının olduğunu görəcəksiniz. Anar yetkin siyasətçi, çox böyük analitik təfəkkürü olan, dəqiq proqnoz verən bir şəxsiyyət idi. Anar gözəl publisist idi, çox mükəmməl yazılar var idi. Biz onun 15 il ərzində yazdığı esseləri, etdiyi çıxışlar, müsahibələri hamısını bir yerə toplayıb bu kitabları nəşr etdik. Mən çox fəxr edirəm ki, bu kitabın önsözünün müəlliflərindən biriyəm. AMMA çox təəssüf edirəm ki, hal-hazırda Anar bizim aramızda yoxdur.

Tədbirdən əvvəl ANN.Az-a açıqlama verən yazıçı, nasir, publisist, yazıçılar birliyinin üzvü Çingiz Abdullayev Anar Məmmədxanlı haqqında danışarkən ifadə etdiki, biz Anarı çox erkən itirdik, o çox cavan bir yaşda dünyasını dəyişdi: Anar həmişə bizim yaddaşlarımızda qalacaq. Ətrafına çox istedadlı insanları yığaraq əfsanəvi "Şən və Hazırcavablar Klubu” yaratdı. Onu hamı KVN kapianı kimi tanıyıyr. Amma bunu yaddan çıxartmaq olmaz ki, o milli məclisdə 15 il millət vəkili olub. Anar özü indi bizim aramızda olmasa da, onun çox böyük bir iz qoyub getdi.


Qeyd edək ki, A.Məmmədxamlı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunu olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü seçilib. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubuna prezidentlik, "Bakılı oğlanlar" komandasına kapitanlıq edib.

Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.

2011-ci il aprelin 23-də vəfat edib.
 
Orxan Aslanlı
 
ANN.Az 
















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti