Anar Məmmədxanovun vəfatından 3 il ötür - VİDEO

11:14 | 23.04.2014
Anar Məmmədxanovun vəfatından 3 il ötür - VİDEO

Anar Məmmədxanovun vəfatından 3 il ötür - VİDEO

Milli Məclisin keçmiş deputatı, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 3 il ötür.Oxu.Az xəbər verir ki, Anar Məmmədxanov 2011-ci il aprelin 23-də, qəflətən ürək tutmasından dünyasını dəyişib.Qeyd edək ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu.Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.Evli idi, 3 övladı yadigar qalıb.Allah rəhmət eləsin!ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM