Anar Nağılbaz kim idi? - VİDEO

22:28 | 04.08.2018
Anar Nağılbaz kim idi? - VİDEO

Anar Nağılbaz kim idi? - VİDEO

Anar Nağılbaz azərbaycanlı rep ifaçısı, aktyor, rejissor, ssenarist, prodüser, söz yazarı, azərbaycandilli rep albomlarından sonra "Repin Atası" qəbul olunur.

Qaynarinfo xəbər verir ki, o, 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində doğulub.

1988-ci ildən repə maraq göstərməyə başlayıb.
1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib.
1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb.
1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib.
1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanıb.
1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub.
Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb.
1996-cı ildə ilk albomu işıq üzü görüb.

Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.

Onun rep bəstələrinin əksəriyyətində çox ciddi problemlər zarafatla, yumorla öz əksini tapıb. Bəstələrinin əksəriyyəti adı ilə deyil, mahnının mətnindəki ifadələrlə yaddaşlarda qalıb. (məsələn, "Gəl gülüm"də "it qızı-it" və ya "Mənim sevgilim"də "Mənim sevgilim Conidir Coni, özü amerikalı, firması Soni" və s.).


Digər tanınmış rep bəstələri: "Səhər olmayacaq" (1997), "Keçdi günlər" (1999) və (2000), "O qızı görən olubmu?" (2000), "Zaman o zaman deyil" (2001), "Gecələr" (2001), "Mən Səni Sevirəm" (2002), "Dost" (2003), "İç xəbər" (2005), "Nömrə narkotik" (2005), "Göbələk" (2005)

Qeyd edək ki, Azərbaycanda bir sıra ilklərə imza atan Anar Nağılbaz bu gün daxili qanaxma səbəbindən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Sən tək canavarsan şığıyıb üstünə şirlər,
Onlar meşə qanunlarını yaxşı bilirlər,
Qaçmaq da qoçaqlıqdı bu dövranda deyirlər,
Sən qaç nə qədər ki, özü fürsət hələ qaçmır...

Söz çoxdu deməkçün ama ki, müddətimiz az,
Hər dərdi də dərdin kimi dərk etmə, Nağılbaz
Mən meyxana icad eləyim, sən də nağıl yaz,
Uydurma nağıllardı həqiqət hələ qaçmır...
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM