BiG.AZ xəbər verir ki, Anarın anası Şərqiyə xanım baku.ws-ə açıqlamasında, Aytənin Azərbaycanda yaşamadığını bildirdi:
"Aytən xaricdə yaşayır. Anarın dostlarına pul göndərib və xahiş edib ki, onun adından əklil hazırladıb bu sözlərlə məzarına göndərsin: "Rahat yat canım, tezliklə mən də gələcəyəm. Sənin Aytənin".
Şərqiyə xanım Aytənin oğlunun pərəstişkarı olduğunu söylədi: "İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini səhmana salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı.
Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar. Bilsəniz, bir-birlərini nə qədər çox sevirdilər? Gün ərzində Anarın hər addımı ilə maraqlanırdı. Ordan bura Anarın qulluğunda dururdu. Vaxtlı-vaxtında yeməyini yeməsinə nəzarət edirdi. Deyirdi ki, şəklini çək, inanım ki, yemisən. Anar xəstə idi axı, yaxşı qidalanmalı idi... Oğluma çox ürək-dirək verirdi".
Şərqiyə xanım Aytənin də xəstə olduğunu söylədi: "O da xəstədir. Xərçəngdən əziyyət çəkir. Deyirəm, qızım, özün sağal ki, Anarın ruhu şad olsun. Deyir, yox, sağalmaq fikrim yoxdur, qoy tez ölüm, Anarın yanına gedim. Bax, oğlumu belə çox sevir".
Xatırladaq ki, Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Orta təhsilini Xırdalan rayon 1 saylı orta məktəbdə alıb. 4 avqust 2018-ci ildə dünyasını dəyişib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !