Qərb müstəqil bir dövlətin ərazisinə qoşun yeridən Rusiyaya təzyiqləri davam etdirir. ANN.Az münaqişə ilə bağlı Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin mövqeyini öyrənir. İlk olaraq "Xalq qəzeti" siyasət şöbəsinin yazarı, tədqiqatçı-jurnalist Anar Turanın fikirlərini bölüşüb.
O, qeyd edib ki, həmişə dinc və sakit bir ölkə olan Ukrayna bu gün barıt çəlləyinə çevrilib: "Şübhəsiz ki, Ukrayna haqlıdır. Çünki təcavüzə məruz qalan, separatizmdən zərər çəkən ölkə Ukraynadır. Rusiya tərəfi bu problemdə özünü haqlı hesab edə bilər. Baxmayaraq ki, Donetsk, Luqansk, Krım əhalisinin böyük əksəriyyəti Rusiyanı dəstəkləyir. Lakin Ukraynanın ərazi bütövlüyü pozulub, müstəqilliyi təhlükə altına düşüb. Beynəlxalq hüquqi prinsiplərə məhəl qoyulmayıb. Rusiyanın separatçılara açıq-aşkar dəstək verməsi göz önündədir. Ötən əsrin sonlarında Dağlıq Qarabağın işğalı zamanı Rusiya ermənilərə necə dəstək verirdilərsə, bu gun onların hərəkəti eynilə təkrar olunur. Münaqişənin həllini tərəflərin konstruktiv mövqe sərgiləməsi və istənilən halda müharibədən çəkinməsində görürəm. Çünki, bu müharibənin davam edəcəyi təqdirdə regionun hansı təhlükəli vəziyyətin yaranacağı indidən bəllidir.”
ANN.Az