Anası "Facebook"u qadağan etdiyinə görə qız intihar etdi - OLAY

13:51 | 13.05.2014
Anası "Facebook"u qadağan etdiyinə görə qız intihar etdi - OLAY

Anası "Facebook"u qadağan etdiyinə görə qız intihar etdi - OLAY

Anası "Facebook" hesabını bağlamağı tələb etdiyinə görə, yeniyetmə qız intihar edib. 

ANN.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, anası 13 yaşlı Aditi Quptaya "FB"də çox vaxt keçirdiyinə, bütün gün dostları ilə çatlaşdığına görə, sosial şəbəkəyə girməyi qadağan edib. Qız bundan o qədər kədərlənib ki, vanna otağında özünü asıb. 36 yaşlı Mohana Qupta işə getməzdən əvvəl qızına deyib: "Mən səndən tələb edirəm ki, mən işdən gələnə qədər "Facebook"a girməyəsən". Qadın günorta nahar etmək üçün evə gələndə qızını ölmüş vəziyyətdə tapıb. 

"Evdən çıxanda, qızım kompüterin qarşısında idi. Sosial şəbəkədə çox vaxt keçirdiyinə görə, mən əsəbləşmişdim. Mən ona dedim ki, "Facebook"a girmək üçün o, hələ çox balacadır və vaxtını boş yerə sərf edir". 

Hadisə Hindistanda "Facebook", valideyn məsuliyyəti və uşaqların virtual dünyaya həddindən artıq aludə olması ilə bağlı geniş müzakirələrin açılmasına səbəb olub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti