• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

"Anglo Asian Mining" Gədəbəydəki yataqlardan birində hasilatı dayandırır

24.04.2017 12:16
"Anglo Asian Mining" bu yaxınlarda Gədəbəydə mədən əməliyyatlarına hərtərəfli strateji baxış keçirib. Buna səbəb açıq quyudan çıxarılan qızılın əyyarının azalması və uğurlu tədqiqat proqramıdır ki, bu proqram nəticəsində şirkət "Uğur" yatağını kəşf edib. "APA-Economics" xəbər verir ki, bunu "Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru Reza Vəziri deyib.

Onun sözlərinə görə, 2017-ci ildə hərtərəfli tədqiqat proqramı və hasilatın optimallaşdırılması həyata keçiriləcək. "Eyni zamanda, ilin sonunadək "Uğur" yatağında yeni açıq quyudan filiz hasilatına başlanacaq. Bu yaxınlarda açıq quyudan hasil olunan filizin tərkibində daha əvvəlki hasilatla müqayisədə qızılın əyyarının aşağı, misin əyyarının isə yüksək olduğunu gördük. Buna görə də filiz mənbəyində misin bölgüsünü daha yaxşı anlamaq, mənbəyi və ehtiyatları müəyyən etmək üçün hərtərəfli tədqiqat proqramının həyata keçirilməsinə və hasilatın optimallaşdırılmasına qərar verilib. Buna görə də açıq quyuda hasilat 2017-ci ilin ikinci rübündən müvəqqəti dayandırılacaq. Cari ilin qalan müddətində isə təxminən 15 min metrədək qazma işləri aparılacaq. Açıq quyudan hasilatın 2018-ci ilin birinci rübündən bərpa olunacağı gözlənilir", - deyə R. Vəziri qeyd edib.
 
R. Vəziri əlavə edib ki, quyuda hasilatın müvəqqəti dayandırılması nəticəsində bu il hasilat ötən iki il ərzindəki hasilatla müqayisədə daha az olacaq və şirkət bunu builki hasilat hədəflərinə daxil edib: "Buna baxmayaraq, bütün bunlar mis hasilatının artırılması ilə kompensasiya olunacaq və biz əminik ki, bu il həyata keçirəcəyimiz təşəbbüslər şirkətin gələcəkdə davamlı inkişafı əsasını qoyacaq. 2017-ci il ərzində səhmdarlarımızın yeniləcəyini səbirsizliklə gözləyirəm".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol