• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

ANS-ə şad xəbər – Baş Prokurorluqdan məktub göndərildi

ANS-ə şad xəbər – Baş Prokurorluqdan məktub göndərildi
11.07.2017 15:02
"Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib”.

Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki qeyri-müəyyənlik hökm sürür: "Təxminən bir həftə öncə təkcə Zoologiya İnstitutuna deyil, AMEA Rəyasət Heyətinə də istintaq idarəsindən rəsmi məktub göndərilib. Lakin ANS-dən heç kimlə əlaqə yoxdur, onlar da gəlib-getmirlər və durğunluq müşahidə edilir.

Biz ANS-dən avadanlıqlarının yerləşdiyi binanı boşaltmağı, əmlakı başqa yerdə saxlamağı istəmişik. Hətta biz avadanlıqların başqa yerə köçürülməsini də təklif etmişik. Yəni anbar, o cümlədən işlər idarəsinin yerləri var. Amma qarşı tərəf bildirir ki, onlara xüsusi yer lazımdır. Səbəb kimi isə avadanlıqların qiymətli olduğunu, onları yerləşdirmək üçün özəl şərait lazım olduğunu deyirlər. Yəni ANS hər zaman müəyyən bəhanələr gətirib, təkliflərimizdən imtina edir.
İndiyə kimi dözmüşük, münasibətləri birdən-birə pisləşdirmək, ya da bıçağı sümüyə də dirəmək istəmirik. Onları çətin vəziyyətdə bir tərəfdən də bizim baltalamağımız etik deyil. Amma dostluq belə olmur. Onlar bizim haqqımızda da düşünməlidirlər”.

E.Yusifov qeyd edib ki, ANS binadan avandanlıqlarını çıxarmadığı üçün  Zoologiya İnstitutu öhdəliklərini yerinə yetirə bilmir: "Akademiyanın qarşımıza qoyduğu tələblər, yeni planlarımız var və biz onları edə bilmirik. Hətta hansısa sahibkar Fiziologiya İnstitutunu söküb və onların vəziyyəti pisdir. Hörmətli akademik Akif Əlizadənin Fiziologiya İnstitutunun əməkdaşlarına həmin ərazidə yer verilməsi ilə bağlı tapşırığını yerinə yetirə bilmirik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhhətində ciddi problemlər olan sürücülərə çağırış
Cəmiyyət 10:45
Səhhətində ciddi problemlər olan sürücülərə çağırış
Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
Cəmiyyət 10:43
Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
Qanunsuz saxlanılan odlu silah-sursataşkar olunaraq götürülüb
Cəmiyyət 10:34
Qanunsuz saxlanılan odlu silah-sursataşkar olunaraq götürülüb
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Cəmiyyət 10:09
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupun növbəti iclası keçirilib
Cəmiyyət 10:01
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupun növbəti iclası keçirilib
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 09:52
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 09:43
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol