ANS köçür

22:22 | 24.04.2015
ANS köçür

ANS köçür

Bakının Yasamal rayonu ərazisində, Badamdar qəsəbəsində ANS telekanalı üçün binanın inşa edilməsinə başlanılıb. Bu barədə fins.az ANS TV-yə istinadən xəbər verir. Bina hazır olduqdan sonra telekanalla yanaşı, ANS şirkətlər qrupuna daxil olan digər media şirkətləri, eləcə də holdinqin baş ofisi orada yerləşəcək.

Hazırda ANS Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasında yerləşir. ANS Şirkətlər Qrupunun baş ofisi isə Nəriman Nərimanovun heykəlinin yaxınlığındadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM