ANS "İran" lisenziyası aldı

12:15 | 21.04.2014
ANS "İran" lisenziyası aldı

ANS "İran" lisenziyası aldı

Bununla da ANS İranda fəaliyyət göstərmək üçün rəsmi dövlət səviyyəsində razılıq alan ilk Azərbaycan kanalı olubANS müstəqil yayım və media şirkəti İranda fəaliyyət göstərməsi üçün lisenziya alıb. Bununla da ANS İranda fəaliyyət göstərməsi üçün rəsmi dövlət səviyyəsində razılıq alan ilk Azərbaycan televiziya kanalı olub.Lisenziyanı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə təqdim edib. Şirkət prezidenti Vahid Mustafayev Lisenziyanın verilməsindən məmnunluq ifadə edərək bunun qonşu ölkə haqqında efirdə daim obyektiv məlumatların işıqlandırılmasına yardım etmək üçün bir töhfə olduğunu vurğulayıb.Səfir də öz növbəsində bununla iki ölkə mediası arasında sıx əlaqələrin qurulacağına, burda yaşayan azərbaycanlıların qonşu ölkə haqqında daim məlumatlanmasında xüsusi əhəmiyyəti olacağını vurğulayıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti