Aparıcı canlı yayımda huşunu itirdi - VİDEO

10:31 | 02.12.2013
Aparıcı canlı yayımda huşunu itirdi - VİDEO

Aparıcı canlı yayımda huşunu itirdi - VİDEO

Xəstəxanaya çatdırılan aparıcının qəfildən qan təzyiqinin aşağı düşdüyü bildirilib

Türkiyədə xəbər buraxılışının aparıcısı canlı efirdə huşunu itirərək yıxılıb. Hadisə, ictimaiyyət arasında “Nurçular” kimi bilinən Fəthullah Gülən camaatına məxsus “Samanyolu” kanalının efirində baş verib. Aparıcı Cihan Demir ali məktəblərə hazırlıq kursları – dərsxanaların bağlanması barədə xəbəri oxuyarkən özündən gedərək yıxılıb. 

"publika.az" xəbər verir ki, xəstəxanaya çatdırılan və qəfildən qan təzyiqinin aşağı düşməsi nəticəsində huşunu itirdiyi bildirilən Demirin vəziyyətinin normal olduğu bildirilib. 

Qeyd edək ki, son günlər AKP (Hakim Ədalət və İnkişaf Partiyası) iqtidarının Türkiyədə ali məktəbə hazırlıq kurslarının bağlanması istiqamətində qərarı hakimiyyətlə “Nurçular” arasında ciddi qalmaqala səbəb olub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM