Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiya Uğrunda Təlim Mərkəzinin (MSMOD) rəhbəri Anar Məmmədlinin şikayətinə baxılıb, fəalın yaxınları bildirib.
Şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin E.Məmmədlinin həbs qətimkan tədbirinin daha 3 ay – noyabrın 27-dək uzadılması barədə avqustun 22-də çıxardığı qərardan verilib.
Müdafiə tərəfi istintaq zamanı Məmmədlinin həbsdə saxlanmasına ehtiyac olmadığını qeyd edib. Məmmədlinin özü həbsini ictimai və insan hüquqları sahəsində fəaliyyəti ilə əlaqələndirib.
Lakin apellyasiya məhkəməsi şikayəti təmin etməyib.
Məmmədli bu il aprelin sonunda "Abzas Media” işi üzrə həbs edilib. Lakin sonradan onun işi ayrıca icraata ayrılıb.
O, xarici valyuta qaçaqmalçılığında ittiham olunur.
Avropa İttifaqı və başqa Qərb təsisatları Məmmədlinin həbsindən narahatlığını bildirib, rəsmi Bakını onu azadlığa buraxmağa çağırıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !