Çin hökuməti büdcə vəsaiti hesabına satın alınmalı avadanlıq siyahısından ABŞ-ın “Apple” şirkətinin məhsulunu çıxarıb. Bu haqda adsız mənbələrə istinadən “Bloomberg” agentliyi yazıb. “ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, agentlikdən bildirilib ki, bu qərar təhlükəsizlik nöqteyi-nəzərindən qəbul edilib. Müxtəlif “iPad” və “MacBook” modelləri daxil olmaqla, “Apple” 10 qurğusu sözügedən siyahıya daxil edilib. “Bloomberg” nəşri avqustun əvvəlində, həmçinin yazıb ki, ABŞ-ın “Symantec” və Rusiyanın "Kasperski Laboratoriyası" tərəfindən yaradılan antivirus proqram təminatları da qadağa siyahısına əlavə edilib. Xatırladaq ki, Çin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin İT kəşfiyyatı haqda informasiyanın Edvard Snouden tərəfindən elanından sonra xarici proqram təminatına nəzarəti gücləndirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !