Apreldə mənzil bazarını nə gözləyir? – EKSPERT

19:51 | 30.03.2015
Apreldə mənzil bazarını nə gözləyir? – EKSPERT

Apreldə mənzil bazarını nə gözləyir? – EKSPERT

Yanvar ayında mənzil bazarında stabillik müşahidə olunsa da, fevralda 0,18% azalma müşahidə olunub. Artım isə bütün seqmentlər üzrə (0,13%) olub.

Oxu.Az-a bu sözləri MBA Group konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Nüsrət İbrahimov mart və aprel ayları üçün daşınmaz əmlak bazarını gözləyən vəziyyət ilə bağlı da proqnoz verib:

"Mart ayında yanvar-fevral ayları ilə müqayisədə artım müşahidə olunacaq, çox güman ki, bu artım aprel ayında da müşahidə edilsin. Proqnozlarımıza görə isə güman olunur ki, ilin ortasından davam edən stabilləşmə, ilin sonunda qiymətlərdə azalma ilə müşahidə olunsun” - deyə, Nüsrət İbrahimov deyib.

Nüsrət İbrahimovun sözlərinə görə, bazarda torpağa tələbat olduğundan qiymətlərdə artım müşahidə olunur:

"2015-ci ilin yanvar ayında 10% artım müşahidə olunub, fevralda isə bu rəqəm 5,2% təşkil edib. İki ayda (yanvar-fevral) orta artım 5%-dən artıqdır”.

Ekspertin sözlərinə görə, tikinti materiallarının qiymətində yanvar ayında artım az olsa da, fevralda artım 2,7% təşkil edib.

Onun sözlərinə görə, kommersiya obyektlərinin qiymətində isə iki ayın yekununa görə, stabillik müşahidə olunub:

"Kommersiya obyektlərinin qiymətində kəskin dəyişiklik yoxdur. Yanvar ayında 2% artım olub, fevralda 2,8% azalma olub. İki ayın yekununa baxdıqda isə stabillik olub”.

Ekspert qeyd edir ki, Bakıda bahalı mənzilin kv. metri 7000 manata alıcılara təklif olunub. Ucuz mənzilləri isə şəhərdən kənarda, yeni tikililərdə kv. metri 480 manata tapmaq mümkündür.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM