​"Aqrolizinq"in rayon filiallarında qanun pozuntuları

10:28 | 29.06.2015
​

​"Aqrolizinq"in rayon filiallarında qanun pozuntuları

 "Aqrolizinq” ASC-nin Masallı və Salyan rayon aqroservis filialları, həmçinin Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu, kənd təsərrüfatı nazirinin müvafiq əmri əsasında həyata keçirilib.

Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM