• $
  • £

“Aqroservis” ASC-nin 380 mexanizatoru qeydiyyatdan keçib - AÇIQLAMA

“Aqroservis” ASC-nin 380 mexanizatoru  qeydiyyatdan keçib - AÇIQLAMA
27.07.2021 12:47
Liberallaşmadan ötən müddət ərzində (2019-cu ildən indiyədək) fermerlər AKİA xətti ilə verilən dövlət güzəştindən faydalanaraq "Prior Leasing ASC”-dən 3290 ədəd texnika əldə edib.

Bu barədə  anews.az-a açıqlamasında "Aqroservis” ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib.
 
Azərbaycan Respublikası Prezidentinin 19 Dekabr 2018-ci il tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanının nəticəsi olaraq bu gün kənd təsərrüfatı texnikası bazarı liberallaşdırılıb. Fermer və sahibkarlar istədikləri təchizatçıdan özlərinə lazım olan texnikanı seçərək, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə təqdim edilən 40% dövlət güzəştindən faydalanaraq, istər nağd, istər güzəştli kredit, istərsə də lizinq yolu ilə əldə edə bilir".
 
Cəmiyyət sözçüsü, "Prior Leasing”in regionlarda fəaliyyət göstərən 11 nümayəndəliyi ilə fermerlərə bölgələrdə texnika satışı, satış sonrası servisi təqdim etdiyini də diqqətə çatdırıb.
 
Aytəkin Məmmədovanın sözlərinə görə, "Aqroservis” bu il ölkədə ilk dəfə təqdim etdiyi "AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib: 

"Ölkənin 42 rayonunda fəaliyyət göstərən bölmələri və 9 regional nümayəndəliyi vasitəsilə "Aqroservis” fermerlərin kənd təsərrüfatı texnikasına olan tələblərini ödəyir, aqrotexniki qulluq təqdim edir, səyyar gübrə və pestisid satışları həyata keçirir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb - DİN
Cəmiyyət 00:07
“Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb - DİN
Sabiq səfir Hidayət Orucov vəfat edib
Cəmiyyət 23:52
Sabiq səfir Hidayət Orucov vəfat edib
Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 22:56
Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 22:35
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Cəmiyyət 21:26
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Flora Kərimova xəstəxanaya yerləşdirilib
Cəmiyyət 20:32
Flora Kərimova xəstəxanaya yerləşdirilib
Kürdəmirdə yol qəzası baş verib,xəsarət alanlar var
Cəmiyyət 18:07
Kürdəmirdə yol qəzası baş verib,xəsarət alanlar var
Ağdamda yanğın başlayıb
Cəmiyyət 17:23
Ağdamda yanğın başlayıb
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Cəmiyyət 14:30
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol