• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib

Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
13.06.2026 17:45

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blək ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-ABŞ çoxşaxəli əməkdaşlığının inkişaf perspektivləri, enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar və investisiya imkanları müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantılarda əhəmiyyətli rolu, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi məsələləri, eləcə də regional nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq, həmin görüşün ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirib. Bu çərçivədə iqtisadiyyat, enerji, nəqliyyat bağlantıları və yüksək texnologiyalar, habelə təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması məmnunluqla qeyd edilib. Bu çərçivədə görülən işlər müzakirə edilib.

Regional nəqliyyat layihələri çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsinin icrası məsələləri nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol