• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib

Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
04.11.2026 13:15

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda biznes kreditləri portfelinin 17,82 milyard manata çatmasına baxmayaraq, kredit artımının əsasən iri biznesin payına düşdüyünü bildirib və iqtisadi islahatların genişləndirilməsinə çağırıb.

“2026-cı ilin sentyabrına qədər biznes kreditləri portfeli 17,82 milyard manat olub. Ötən illə müqayisədə artım 8,1%-dir. İri biznesdə illik kredit artımı 23%, mikro biznesdə 19,7%, kiçik biznesdə 13,3%, orta biznes üçün 4,6% olub”, - deputat bildirib.

Onun sözlərinə görə, bu fərq bankların orta biznesə münasibətdə riskləri yüksək qiymətləndirməsi, kreditlərin qiymətinin gözlənilən mənfəətdən çox olması, şəffaf dövriyyənin olmaması və kreditlərin iri biznesdə cəmləşməsi ilə bağlıdır.

Həsənquliyev gələn il dövlət büdcəsi gəlirlərinin 33,2%-nin Dövlət Neft Fondundan transfert hesabına formalaşacağını xatırladaraq fondun gəlirliliyini Norveçin suveren fondu ilə müqayisə edib.

“Norveç pensiya fondunun aktivləri 2,29 trilyon dollar təşkil edir. Onun illik gəlirliyi 15,1%-dir. Bizim Neft Fondunda 74 milyard dollarımız var, illik gəlirliyi 6,2%-dir. Bu qədər fərqi nə ilə izah etmək olar? Axı az vəsaiti idarə etmək daha asandır. Hökumət üzvləri bu barədə də, hesab edirəm ki, düşünməlidir”, - o deyib.

Deputat iqtisadi islahatların genişləndirilməsinin, biznes fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasının, genişmiqyaslı özəlləşdirmənin aparılmasının, şəffaflığın artırılmasının və rəqabət mühitinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Vaxtın azlığını nəzərə alaraq hesab edirəm ki, qeyd etdiklərim yetərlidir ki, hər birimiz iqtisadi islahatların genişləndirilməsinin, biznes fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasının, böyük özəlləşdirməyə gedilməsinin, şəffaflığın artırılmasının, rəqabət mühitinin gücləndirilməsinin zəruriliyini qəbul etsin”, - Həsənquliyev bildirib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol