• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Araik saxta video ilə Hadrutun əllərində olduğunu göstərib...

Araik saxta video ilə Hadrutun əllərində olduğunu göstərib...
09.03.2021 10:57
Özünü Hadrutun "mer”i kimi təqdim edən, qondarma rejim qalıqlarının nümayəndəsi Vaqan Savadyan şəhərin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsinə dair bir sıra fikirlər səsləndirib.

Savadyan erməni jurnalist Roman Baqdasaryana verdiyi müsahibədə bildirib ki, Azərbaycan Ordusunun Hadrut əməliyyatını başlatmasından bir neçə gün sonra şəhərdə olan bütün imkanlı şəxslər və Arayik Arutyunyanın bütün dostları şəhərdən qaçıblar.

Qondarma "mer” qeyd edib ki, 27 sentyabrdan etibarən A.Arutyunyan ondan şəhərdə nəyə ehtiyac olub- olmadığını soruşmayıb. Hadrut əməliyyatı davam edərkən isə Araikin mətbuat katibi Vağram Poqosyan Saadyana zəng edərək guya şəhərin ermənilərin əlində olduğu barədə saxta videoreportaj çəkməsini istəyib. O, separatçı rejimi döyüşlər dövründə populizm və teatr şoularından başqa heç nə etməməkdə təqsirləndirib.

Savadyanın sözlərinə görə, 32 illik işğal dönəmində Hadrutda insanlar üçün demək olar ki, heç bir şey edilməyib, bir uşaq meydançası belə tikilməyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilən Hadrut 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-əməliyyat hücumu nəticəsində azad edilib. Bundan sonra sosial şəbəkələrin erməni seqmentində müxtəlif videolar yayılaraq şəhərin düşmənin əlində olduğu iddia olunurdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol