"Atletiko"nun futbolçusu Arda Turan Avropanın üç ən böyük klubunun maraq dairəsinə düşüb.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq "Rayo Valekano" ilə matçda dubl edən türk yarımmüdafiəçini PSJ, "Monako" və "Mançester Siti" transfer etmək istəyir.Hər üç klubun Ardanın təzminat qiyməti olan 41 milyon avro verməyə hazır olduğu iddia edilir. Ancaq Madrid klubunun hazırda futbolçusunu satmaq niyyətində olmadığı bildirilir.Qeyd edək ki, Arda Turan ötən il "Atletiko" ilə müqaviləni 2017-ci ilə qədər uzadıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !