Futbolçu karyerasını İngiltərədə davam etdirə bilər
İspaniyanın “Atletiko Madrid” klubunun türk əsilli futbolçusu Arda Turan yeni mövsümdə İngiltərənin "Mançester
Yunayted" klubunda forma geyəcəyi bildirilir.
ANS PRESS-in məlumatına görə, İspaniya mətbuatı yazır ki, “Liverpul”, “Çelsi” və “Arsenal” klubları Arda Turanı transfer etməyək istəsə də “Mançester Yunayted” futbolçu ilə razılığa gəlib.
İngilislər Arda Turanın transferi müqabilində “Atletiko Madrid”ə Xaviyer Ernandes, Sindzi Kaqava və pul təklif edib.
Qeyd edək ki, Ardanın “Atletiko Madrid” klubu ilə müqaviləsi 2017-ci ildə başa çatır. O, 2017-ci ildən tez başqa kluba transfer olunacaqsa, futbolçu 41 milyon avro ödəməlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !