• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

ARDNŞ Rusiyaya qaz nəqlinin dayandırılmasının səbəblərini açıqladı

ARDNŞ Rusiyaya qaz nəqlinin dayandırılmasının səbəblərini açıqladı
29.05.2020 04:59
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyaya ixrac etdiyi qazın nəqli ilə bağlı açıqlama yayıb.«APA-Economics»in ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən Qəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun tikintisi həyata keçirilir. İşçi layihəsinə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. Tikinti işləri «Azərinşaatservis» MMC tərəfindən aparılır. «Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işlərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə Mozdok-Qazıməmməd magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiyaya qazın nəqli müvəqqəti dayandırılıb. Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq həmçinin Mozdok-Qazıməmməd magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə başlanılıb. Bu məqsədlə təmir işləri ARDNŞ-in «Qaz İxrac» İdarəsi tərəfindən aparılır», - deyə məlumatda bildirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol