ARGTMŞ Azərbaycanı Qazağıstanda keçirilən beynəlxalq tədbirdə təmsil etdi

14:46 | 26.08.2014
ARGTMŞ Azərbaycanı Qazağıstanda keçirilən beynəlxalq tədbirdə təmsil etdi

ARGTMŞ Azərbaycanı Qazağıstanda keçirilən beynəlxalq tədbirdə təmsil etdi

Azərbaycan  Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) katibliyinin əməkdaşı Bəyimxanım Məmmədova Azərbaycanı Qazağıstan Respublikasında keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gənclər istiqaməti üzrə ilk tədbirində təmsil edib.  Düşərgə Qazağıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Gənclərlə İş Üzrə Komitəsi, Qazağıstan Gənclər Konqresi Assosiyasiyası və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının katibliyi tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan, Qazağıstan, Qırğızıstan, Türkiyə, İraq, Çin, Fələstinin fəal gəncləri, gənclər təşkilatlarının nümayəndələri və dövlət rəsmiləri iştirak edib.  

Tədbir 2 hissədən - rəsmi hissə və düşərgə hissələrindən ibarət olmaqla təşkil olunub. Tədbirin rəsmi hissəsində sözü gedən ölkələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masa zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə daxil olan ölkələrin gəncləri arasında qarşılıqlı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, Gənclər Şurasının heyətinin təsdiq olunması, növbəti il üçün plan və strategiyasının tərtib olunması əsas müzakirə mövzusu olub, iştirakçılar tərəfindən ölkələrində gənclərlə bağlı görülən işlər haqqında məlumat verilib.  ARGTMŞ-nın katibliyinin əməkdaşı iştirakçılara Azərbaycan Gənclər Siyasəti və Azərbaycanda gənclərlə bağlı görülən işlər barədə məlumat verib. 

Tədbirin düşərgə hissəsi zamanı iştirakçılar işçi qruplara bölünərək beynəlxalq arenada gənclərin əməkdaşlığı, gənclərin yeni və ənənəvi mediada fəaliyyəti, ekologiya və başqa mövzular ətrafında müzakirələr aparıblar. Daha sonra söz gedən mövzularda gənclərin fəaliyyətini təkmilləşdirilməsi üçün təkliflər irəli sürüblər.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür