ARGTMŞ sədri MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında

16:35 | 01.12.2014
ARGTMŞ sədri MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında

ARGTMŞ sədri MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycan nümayəndə heyətinin tərkibində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında iştirak edib. Tədbirdə həmçinin MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının üzvü olan digər ölkəlirinin nümayəndələri iştirak edib.

İclas zamanı 2020-ci ilə qədər MDB ölkələrinin gənclərinin əməkdaşlığı sahəsində strategiyanın həyata keçirilməsində, 2014-2015-ci illər üzrə fəaliyyət və tədbirlər planı müzakirə olunub, 2016-2017-ci illər üçün təkliflər irəli sürülüb. Həmçinin, Birlik ölkələrinin gənclər siyasətinin həyata keçirilməsi üçün normativ hüququ bazasının formalaşdırılması mövzüları ətrafında fikir mübadiləsi aparılıb. İclas çərçivəsində həmçinin gənclərin problemlərinin tədqiqi və onların əməkdaşlıq şəbəkəsinin qurulması üçün gənclər platformasının yaradılması mövzusuna xüsusi diqqət ayrılıb.

Məlumat üçün qeyd edək ki, MDB ölkələrinin Gənclərlə iş üzrə Şurası 2005-ci ildə yaranıb. Gənclər Şurası dövlət və ictimai birliklərin qarşılıqlı fəaliyyətinin inkişafı, gənclər siyasətinə dəstək, gənclərin problemi sahəsində ikitərəfli və çox tərəfli layihələrin reallaşdırıması və kadrların birgə inkişaf etdirilməsi sahəsində fəaliyyət görstərir. ARGTMŞ-nın sədri Şahin Seyidzadə 2012-ci ildən MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının üzvüdür.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür