"Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişirilib və o, ev dustaqlığına buraxılıb.
"Report"un xəbərinə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov qərar qəbul edib.
Belə ki, bu gün keçirilən məhkəmə prosesində Ədliyyə Naziliyinin Baş Tibb İdarəsinin A.Yunusun səhhəti ilə bağlı təqdimatına baxılıb. Bundan sonra isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !