• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Artıq narkotik maddələr məktəblərə daxil olur - Siyavuş Novruzov

Artıq narkotik maddələr məktəblərə daxil olur - Siyavuş Novruzov
23.04.2024 13:26
Artıq narkotik maddələr məktəblərə daxil olur, qanunvericilikdə bu məsələni daha da ciddiləşdirmək lazımdır. Bunu deputat Siyavuş Novruzov deyib.
 
"Mətbuatda gün ərzində 50 nəfərə yaxın şəxsin narkotik ticarəti ilə məşğul olduğu üçün məsuliyyətə cəlb olunduğunu görürürük. Qanunvericilikdə bu məsələ ciddi sərtləşdirilməlidir. Artıq narkotik maddələr məktəblərə daxil olur. Narkomanların müalicəsi üçün də kifayət qədər dispanser yoxdur. Bu cür dispanserlərin tikilməsinə ehtiyac var. Kimi dindirirsən deyir İran vətəndaşından almışam. İran vətəndaşı kimdir? Kimdir bu ölkəni zəhərləyən, insanları zəhərləyən? Bunlar hamısı ciddi araşdırılmalıdır. Bu elə məsələdir ki, hamının qapısını döyə bilər", - deputat aprelin 23-də Milli Məclisdə çıxışı zamanı bildirib.
 
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatının son statistikasına görə 2024-cü ilin 3 ayında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi  üzrə  2 min 909 cinayət faktı aşkarlanıb.


Bunların 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 12-si isə narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.


Cari ililn yanvar-martında qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36 min manat qiymətləndirilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1615 nəfər cinayət məsuliyyətinə cəlb edilib, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olub.

Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol