Artur Rasizadə: "Xalqın rifahı yüksəlib"

14:28 | 17.03.2015
Artur Rasizadə:

Artur Rasizadə: "Xalqın rifahı yüksəlib"

"Ötən il ərzində Azərbaycanın makroiqtisadi sabitliyi qorunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı yüksəldilib. 2014-cü ildə ÜDM 2,8% artaraq 59 mlrd. manata çatıb. Orta aylıq əmək haqqı 5,4%, əhalinin gəlirləri 4,8%, əmanətləri 12,4% artıb. İllik inflyasiya 1,4% səviyyəsində saxlanılıb”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasizadə parlamentdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib. Baş nazir bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib. 

Onun sözlərinə görə, bu da ölkənin xarici borcunu 8 dəfə üstələyir: 

"Ölkədə yaşa görə pensiya 192 manata çatıb. Yoxsulluq səviyyəsinin azaldılması yenə də hökumətin diqqət mərkəzində saxlanılıb və nəticədə ölkədə yoxsulluq həddi 5%-ə düşüb. Məcburi köçkün və qaçqınların yaşayış səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılıb. Hesabat ilində onlar üçün 6 yeni qəsəbə salınıb, 4 min məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Məcburi köçkünlərin mənzillə təminatı yaşayış səviyyəsinin yüksəldilməsinə 630 mln. manat vəsait ayrılıb”. 

Baş nazir onu da qeyd edib ki, hesabat ilində yeni müəssisələrin sayı 16% artıb, bölgələrdən vergi daxilolmlarında 9,4% artım qeydə alınıb: "Beynəlxalq maliyyə qurumları ilə layihələrlə 978 mln. dollar kredit sazişi imzalanıb. 2014-cü ilin sənaye ilinin olması iqtisadiyyatın şaxələndirilməsində öz rolunu oynayıb. Nəticədə ölkədə 230 yeni sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatı da daim hökumətin diqqətində saxlanılır. 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi də bu sektorun gələcək inkişafına hesablanmış mühüm qərarlardandır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM