“Arvadından küsən bura çıxır” - Deputat

11:30 | 29.11.2014
“Arvadından küsən bura çıxır” - Deputat

“Arvadından küsən bura çıxır” - Deputat

Deputat Etibar Hüseynov “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpüdə tez-tez baş verən intihar cəhdlərinə reaksiya verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat bildirib ki, intihara cəhd edənlərin cəzasız qalması digər şəxsləri də həvəsləndirir: “Bu nə biabırçılıqdı anlamıram. Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda Koroğlu körpüsünə çıxır. Saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur. İnsanlar belələrinə görə nə qədər əsəb və problem yaşayır. Bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almır. Bu cəzasızlıq isə həmin təlxəkləri daha da ruhlandırır. Mən anlamıram nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun. Amma ehtiyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarını tikanlı məftillərlə təxminən 1 metr məsafədə sarımaqdır. Vəssalam. Bunu da mən deməliydim?”Qeyd edək ki, dünən axşam saatlarında 45 yaşlı Nizami Musayev işdən çıxarıldığı üçün həmin körpüyə çıxıb intihar etmək istədiyini deyirdi. FHN əməkdaşlarının danışıqları nəticəsinə N.Musayev fikrindən daşınıb. Bu müddət ərzində hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür