2011-ci ildə İtaliyalı arxeoloqlar Venesiyada qazıntı zamanı qadın cəsədinin qalıqlarını aşkarlayıblar. ANS PRESS-in məlumatına görə, qadının ağzında daş var idi. Bu qəbrin XVI əsrə Venesiyada vəba xəstəliyinin tüğyan etdiyi vaxtda təsadüf olunduğu ehtimal edilir.Görünür, qadını basdıranlar onu vampir hesab ediblər. Həmin vaxtın inanclarına görə epidemiya qurbanlarını vampir hücumundan qorumaq məqsədi ilə vampirlərin ağızlarına daş yeridirdilər. Antropoloq Matteo Borrinin dediyinə görə İlk dəfədir ki, arxeoloqlar ekzortizm ritualının təsdiqinə dair belə əyani material əldə ediblər.O, ümüd edir ki, bu yeni tapıntı vampir mifinin tarixçəsinə yenilik gətirəcək. Vampir mifinin yaranması birbaşa Avropada XIV-XVIII əsrlərdə vəba epidemiyası ilə bağlıdır. Məsələ bundadır ki, vəbadan ölənlər adi qaydada bastırılmayıblar. Belə adamların qəbri açılanda cəsədin piyinin şişdiyi və tüklərin hələ də çıxması müşahidə olunurdu. Bu da o zamanın adamlarında həmin ölülərin hələ də yaşaması təssəvürünü və inamını formalaşdırmışdı. Vəba bakteriyası həm də basdırılan ölünün üzünə çəkilmiş parçanı yeyib, dağıdırdı. Ona görə də vampirləri həm də "kəfənyeyənlər" adlandırırdılar. Matteo Borrini hesab edir ki, vampirin ağzına qoyulan daş bu cür kəfən yemənin və insanlara hücumun qarşısını ala bilərmiş. Venesiya abidələrinin bir çoxu məhz vəba epidemiyası ilə bağlıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !