Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən "Miras” bədii-sənədli filminin təqdimatı olub
.
"Qafqazinfo" xəbər verir ki, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, dövlət rəsmiləri, mədəniyyət xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Film üzərində bir ilə yaxın iş aparılıb. Çəkilişlər Bakı və onun ətraf kəndləri, Şəki, İsmayıllı şəhərləri və Belarus Respublikası da daxil olmaqla 30 məkanda həyata keçirilib. Filmdə 100-dən artıq pəşəkar aktyor çəkilib. Kütləvi səhnələrin çəkilişlərində isə 1500-ə yaxın insan iştirak edib. Ümumilikdə film üzərində iki minə yaxın adamın zəhməti var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !