Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO

22:06 | 24.03.2022
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO

Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO

İkinci Qarabağ müharibəsinin şəhidi Nəriman Əlizadə 1997-ci il aprelin 6-da Biləsuvarda doğulub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Nəriman Əlizadə Azərbaycanın perspektivli futbolçularından olub.  "Rəvan", "Neftçi" , "Qarabağ”, "Tufan” klublarında oynayan futbolçu hərbi xidmətdən qayıtdıqdan sonar könüllü olaraq müharibəyə yollanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr  tarixli Sərəncamına əsasən, Nəriman Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Növbəti sərəncamlar ilə o,   "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb. 
 
Biləsuvarda şəhidin evindən reportajı təqdim edirik:
 







Ləman Qasımova, Səkinəxanım Məmmədova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM