• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

ASA-nın Müşahidə Şurasına yeni sədr seçildi

ASA-nın Müşahidə Şurasına yeni sədr seçildi
17.03.2023 10:46
Ötən gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
 
ASA-dan verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasına yeni sədrin seçilməsi ilə bağlı mövzu iclasın gündəliyində duran başlıca məsələ olub.
 
Məlumatda qeyd olunur ki, ASA-nın təsisçiləri tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən "PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

 "Atəşgah” Sığorta Şirkəti ASC-nin sabiq sədri Azər Əliyevin ASA-nın Müşahid Şurasındakı sədrlik vəzifəsinin səlahiyyət müddəti 30 dekabr 2022-ci il tarixdə başa çatdığı üçün o, bu postdan ayrılmışdı.
 
Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol