ASALA-dan XİN-ə haker hücumu

14:49 | 19.02.2015
ASALA-dan XİN-ə haker hücumu

ASALA-dan XİN-ə haker hücumu

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb. 

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş  terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub. 

İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib:

"Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır”-deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti