Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb.
Partiyanın Mətbuat Xidmətindən ANN.Az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, regiondakı və Azərbaycandakı ictimai-siyasi vəziyyət, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.
Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə ABŞ səfirliyinin Siyasi məsələlər üzrə mütəxəssisi Afaq Cavadova da iştirak edib
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !