Asim Mollazadə: "Bu məsələnin sonu görünmür"

09:38 | 09.02.2015
Asim Mollazadə:

Asim Mollazadə: "Bu məsələnin sonu görünmür"

"Hazırda situasiya elə bir nöqtəyə çatıb ki, bundan sonra baş verə biləcəkləri önləmək çox çətin olacaq”.

ANN.Az Axar.az–a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Asim Mollazadə deyib.

Deputat Ukrayna məsələsinin həlli ilə bağlı son proseslərin heç də parlaq olmadığı qənaətindədir:

"Bu məsələdə hansısa nəticə əldə etmək çətin olacaq. Bəyanatda məlumat verilib ki, danışıqlar davam etdiriləcək. Hesab edirəm ki, daha yaxın müddətdə bu məsələnin sonu görünmür. Çox güman ki, bu proses uzun çəkəcək. Çünki məsələ Ukraynadan çox az asılıdır. Qeyd edim ki, Rusiya bu istiqamətdə öz siyasətini hələ uzun müddət davam etdirəcək. Olland və Merkelin Ukrayna məsələsindəki cəhdi tezliklə nəticə verməyəcək. Proses uzanacaq. Məhz bu baxımdan da qeyd edim ki, Ukraynanın taleyi hələ ki, çox qaranlıqdır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM