Demokratik İslahatlar Partiyasının sədri (DİP) Asim Mollazadə Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
Görüşdə Azərbaycan-Çexiya münasibətləri, ölkələrimiz arasındakı gələcək əməkdaşlıq, regiondakı son durum müzakirə olunub.
Asim Mollazadə səfirə partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
DİP sədri bu gün həmçinin Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər, Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlıq perspektivləri, regional proseslər, Azərbaycan-Ermənistan münaqişəsi ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Asim Mollazadə səfirə partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !