Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İsrail Xarici İşlər Nazirliyinin Avro-Asiya və Balkanlar üzrə Baş direktorunun müavini Zvi Rav-Ner və Avro-Asiya 2 departamentinin direktoru (İsrailin Azərbaycandakı sabiq səfiri) Rafael Harpezi qəbul edib. Partiyanın qərargahında keçirilən görüşdə Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı strateji maraqların siyasi-iqtisadi aspektləri, Azərbaycanın hazırkı sosial-iqtisadi və ictimai-siyasi durumu, qlobal və regional enerji təhlükəsizliyi sahəsindəki son vəziyyət müzakirə edilib.
Asim Mollazadə qonaqlara Azərbaycanın durumu, regionda gedən proseslər, ölkəmizin Avropanın və regionun enerji təhlükəsizliyindəki mövqeyi, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə qonaqları İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom müşayiət edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !