Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər

10:47 | 25.01.2017
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər

Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər

"Prezidentin imzaladığı sərəncamda Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan məcburi köçkün tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı güzəşt ləğv olunmayıb".

ANN.Az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib.

Komitə sədrinin sözlərinə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsinə baxmayaraq, məcburi köçkünlərin digər güzəştləri ləğv edilməyib:

"Buna dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan məcburi köçkün tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı güzəştdə daxildir".
""Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi" haqqında sərəncam imzalaması bir növ həmin müavinətlərin artırılması deməkdir. Amma bu məsələdə məcburi köçkünlərə tövsiyə etmək istəyirəm ki, müavinətləri alıb dərhal xərcləməsinlər. Çünki ayın sonunda onlar istifadə etdikləri kommunal xərcləri özləri ödəyəcəklər", - deyə Ə.Həsənov əlavə edib.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb