Nazim Bəydəmirli özünü "ekologiya məhbusu" adlandırıb

14:37 | 14.05.2024
Nazim Bəydəmirli özünü

Nazim Bəydəmirli özünü "ekologiya məhbusu" adlandırıb

Bakı Ağır Cinayətlər məhkəməsində sabiq deputat, iş adamı Nazir Bəydəmirlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, həmçinin cinayət işinə xitam verilməsi ilə bağlı verdiyi vəsatət təmin edilməyib. 

Məhkəmədə prokuror Nazim Bəydəmirlinin vəkili Aqil Layicin cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı vəsatətlərinin əleyhinə olduğunu bildirib.
 
Nazim Bəydəmirli məhkəməyə günahkar olmadığını və Söyüdlü hadisələri ilə bağlı Facebook hesabında yazdığı  tənqidlərə görə, saxlanıldığını söyləyib. 

"Mən Ədalət Bağırovdan pul tələb etməmişəm. On dörd il ərzində mənə vurulan ziyanı rəsmi olaraq, istəmişəm. Bu illər ərzində mənə dəymiş ziyan 2 milyona yaxın olub. Mən bunu qanuni yolla tələb etmişəm. Qanunlara əməl edən şəxs, gedib kimdənsə şantajla pul tələb edə bilərmi? Sənədləri saxtalaşdırmaq üçün videolar çəkilərək, prokurorluğa təqdim edilib. Gədəbəyin Söyüdlü kəndində baş verən qarşıdurma ərəfəsində mən müsahibələr vermişəm. Cənab Prezidentlə qızıl zavodunun açılışında mən də iştirak etmişəm. Baş verən prosesləri danışmışam. Mənim hər hansı tələbim olsa idı, hüquqmühafizə orqanlarında səs yazılarım, video görüntülərim olardı.  Mənim müsahibələrimimin heç birində nə prezidentin, nə də dövlətin mənafeyinə zərər verən çıxışlar olmayıb. Ancaq bu çamuru mənə atıblar. Facebook-da yazılarıma görə təhdid olunmuşam. Mənim nə iqtidar, nə də müxalif siyasətim omayıb. Mən müstəqil deputat seçilmişəm. Gədəbəy hadisələri ilə bağlı kimisə qurban verməli idilər. Cənab Prezidentin çıxışından sonra mənə münasibət dəyişdi. İstintaq dövründə müstəntiq  dəfələrlə mənə dedi ki, sakit dur, səs eləmə, bizə  həbs et dedilər biz də həbs etdik.  Bu ifadələri dəfələrlə vəkilin də yanında işlədiblər. Mənim ailə üzvlərimi də dəfələrlə çağıraraq ev dustaqlığına buraxacaqlarını deyiblər.  Amma vəsatət təmin edilmir, - Bəydəmirli bildirib. 

Nazim Bəydəmirli həmçinin özünü siyasi məhbus deyil ekologiya məhbusu saydığını vurğulayıb. 
 
"Nə vaxt deyilsə ki, azadlığa buraxmaq lazımdır o zaman buraxacaqlar. Ancaq COP 29 ərəfəsində mən ekologiya məhbusu hesab olunuram.  Cənab Prezidentin özünün məşğul oduğu COP 29 kimi mötəbər tədbir ərəfəsində adımın xarici təşkilatlarda, hüquq müdafiəçiləri tərəfindən belə hallanmağının  tərəfdarı deyiləm. Bu nə dövlətimizə, nə də xalqımıza baş ucalığı gətirmir",- o vurğulayıb

Bəydəmirli 2023-cü ilin iyulunda həbs olunub.

O, 2024-cü ilin fevralında  barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra  3 ay uzadılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib. 
 
Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb