• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

Asim Mollazadə: “Türkiyənin sülh təşəbbüslərinin nəticəsini görmürəm”

Asim Mollazadə: “Türkiyənin sülh təşəbbüslərinin nəticəsini görmürəm”
13.12.2013 15:49
Türkiyənin istəyi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasıdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşü də buna istiqamətlənmişdi.Bu barədə Gün.Az-a millət vəkili Asim Mollazadə Ermənistan və Türkiyə XİN rəhbərlərinin görüşünü şərh edərkən bildirib.Millət vəkilinin sözlərinə görə, amma o nəzərə alınmalıdır ki, Ermənistan artıq bir müstəqil dövlət kimi fəaliyyət göstərmir, Kalininqrad vilayətinə çevrilib və sülh istiqamətində hansısa ciddi addımlara hazır deyil.“Biz təbii ki, Türkiyənin sülh istəyinə çox müsbət yanaşırıq və bölgədə sülhün olmasında Azərbaycan çox maraqlıdır. Bizə təcili sülh lazımdır. Bu istiqamətdə dəstək göstərən hər kəsə minnətdarıq. Sadəcə olaraq Ermənistanın mövqeyinə görə, inanmıram ki, bu görüşün hansısa bir müsbət nəticələri olsun”.A.Mollazadə deyib ki, Ermənistanın mövqeyi özündən asılı deyil, bu ölkə artıq öz-özünü idarə edə bilmir:“Ermənistan bir müstəqil dövlət deyil. Çox güman ki, yaxın müddətdə Ermənistan dünyaya bu istiqamətdə addımlara hazır olmadığını nümayiş etdirəcək.Dəfələrlə Ermənistan beynəlxalq ictimaiyyəti bir neçə məsələdə aldatmaq istəyib. Məsələn, Ermənistan guya Şərq Tərərfdaşlığı proqramında fəal iştirak edirdi, amma sonra Gömrük İttifaqına üz tutdu. Hər zaman Ermənistanın belə bir siyasətinin şahidi oluruq. Türkiyə XİN rəhbəri ilə görüşdə də Ermənistan öz siyasətinin real üzünü bir daha göstərdi”.Millət vəkili deyib ki, Türkyə bu istiqamətdə öz təşəbbüslərini davam etdirə bilər, amma bunun nəticəsini görmür.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub
Siyasət 20:14
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub

Netanyahu Azərbaycana gələcək
Siyasət 15:24
Netanyahu Azərbaycana gələcək
Prezident Cao Lıci ilə görüşüb
Siyasət 13:36
Prezident Cao Lıci ilə görüşüb
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Siyasət 12:36
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib
Siyasət 11:23
İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Siyasət 10:47
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
Siyasət 10:37
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
Kaya Kallas Azərbaycana səfər edəcək
Siyasət 19:45
Kaya Kallas Azərbaycana səfər edəcək
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Siyasət 15:59
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol