ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. O, Ukrayna ilə bağlı gərginliyin Qarabağ probleminə təsirsiz ötüşmədiyini bildirib:
"Ukrayna böhranı ilə bağlı bölgədə baş verə biləcək istənilən gərginlik Azərbaycana öz mənfi təsirini göstərə bilər. Ancaq bir məsələni xüsusilə ilə vurğulamaq istəyirəm ki, bu gün Ukraynada baş verən hadisələr Qarabağdakı eyni ssenari və texnologiya ilə həyata keçirilib. Eyni zamanda beynəlxalq təşkilatların ikili standartları nəticəsində bu münaqişənin həlinə yetərincə diqqət ayrılmayıb. Buna görə də hesab edirəm ki, yaxın zamanlarda Ukrayna məsələsinin həllində heç bir irəliləyiş gözlənilmir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !