AŞPA həmməruzəçiləri Azərbaycana gəlib

11:06 | 21.01.2014
AŞPA həmməruzəçiləri Azərbaycana gəlib

AŞPA həmməruzəçiləri Azərbaycana gəlib

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana gəliblər.

APA-nın məlumatına görə, səfər çərçivəsində həmməruzəçilər ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdıracaq, bir sıra görüşlər keçirəcəklər. Həmməruzəçilərin Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyalarının təmsilçiləri, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Bundan başqa, P. Aqramunt və J. D. Qrex Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşləri olacaq. Səfərin sonunda - yanvarın 23-də həmməruzəçilər Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər. Xatırladaq ki, həmməruzəçilərin Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair məruzəsi ötən il AŞPA-nın yanvar sessiyası çərçivəsində qəbul olunubANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti