AŞPA-nın yeni sədri Azərbaycana gələcək

17:40 | 27.01.2014
AŞPA-nın yeni sədri Azərbaycana gələcək

AŞPA-nın yeni sədri Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iş günündə qurumun sədri seçilmiş An Brassör jurnalistlər üçün brifinq keçirib. APA-nın Avropa müxbirinin xəbərində görə, brifinqdə jurnalistlərin suallarını cavablandıran AŞPA sədri, Azərbaycanla münasibətlərə toxunub: “Mən neçə illər burada Azərbaycan nümayəndə heyəti ilə işləmişəm və onlarla çox yaxşı münasibətlərim var. Bundan başqa, 2012-ci ildə Azərbaycan parlamentinin sədri ilə görüşmə imkanım olub. Təbii ki, bəzi məsələlərdə fərqli baxışlarımız ola bilər, amma əsas olan dialoqun olmasıdır. Hər şey danışıqlardan keçir, danışmasaq, müzakirələr aparmasaq, bu və ya digər məsələlərdə irəliləyişə nail ola bilmərik. Eyni zamanda hər hansı bir ölkəyə münasibətdə onun tarixini, mədəniyyətini də tanımalıyıq. Mənim assambleyada uzun illərdir tanıdığım Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə çox yaxşı münasibətlərim var və hesab edirəm ki, bu və ya digər məsələlərdə biz birgə işləməklə yavaş-yavaş hansısa irəliləyişlərə nail ola bilərik. Xüsusilə də qarşıdan Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrünün gəldiyi bir vaxtda”. Xanım Brassör Azərbaycanın AŞ-da sədrliyi zamanı Bakıya səfər edəcəyini də söyləyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti