Astarada 6 yaşlı uşaq qızılcadan ölüb

12:26 | 08.02.2024
Astarada 6 yaşlı uşaq qızılcadan ölüb

Astarada 6 yaşlı uşaq qızılcadan ölüb

Astara 6 yaşlı uşaq qızıldan ölüb. Bu barədə Report məlumat verib. 
 
Bildirilib ki, uşaq xəstəxanaya aparılıb müalicə alsa da qızdırması enməyib və vəziyyəti daha da ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.
 
Dövlət Statistika Komitəsinin 2023-cü il açıqlamasına görə, Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM