Astronavtlar qasırğanın görüntülərini çəkdi

10:50 | 04.04.2015
Astronavtlar qasırğanın görüntülərini çəkdi

Astronavtlar qasırğanın görüntülərini çəkdi

Beynəlxalq Kosmik Stansiyasında olan astronavtlar Samanta Kristoforetti və Terri Virts Yer üzərində 410 kilometr hündürlükdə "Maysak” qasırğasının görüntülərini çəkiblər. 

Oxu.Az xəbər verir ki, hazırda küləyin sürəti 225 km/saata çatır, qasırğaya beşinci dərəcə verilib. Gözlənilir ki, bu bazar günü qasırğa Filippinə yaxınlaşacaq, lakin o vaxta qədər qasırğa nisbətən zəifləyəcək və küləyin sürəti 175 km/saata düşəcək. 

Fillipin hakimiyyəti təbii fəlakətə hazırlaşır, xilasetmə xidmətləri və hərbi hissələr hazır vəziyyətə gətirilib, həmçinin dərman preparatları, qida məhsulları və çadırlar da hazırlanıb. 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti