Ağsunun icra başçısının evi yandı

19:43 | 12.06.2015
Ağsunun icra başçısının evi yandı

Ağsunun icra başçısının evi yandı

Bu gün Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin evi yanıb. Başçının Ağsu rayonunun Pirhəsənli kəndində olan evində yanğın hadisəsi baş verib. 

Kənd sakinlərinin musavat.com-a verdiyi məlumata görə, yanğın uzun müddət davam edib. Yanğına elektrik xəttində olan qısaqapanmanı səbəb olduğu ehtimal edilir. Hadisə yerinə gələn yanğınsöndürənlər isə icra başçısı tərəfindən həyətə buraxılmayıb. Yanğını icra başçısının yaxın qohumları söndürüblər. 

Nəticədə ikimərtəbəli evin bir hissəsi, çardaq isə bütünlüklə yanıb. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM