İstanbuldakı əlverişsiz hava şəraiti Atatürk hava limanında uçuşların təxirə salınmasına səbəb olub.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, dünən İstanbuldakı əlverişsiz hava şəraiti ilə əlaqədar Atatürk hava limanı reysləri təxirə saılb.
Bu gün hava şəraiti normal olsa da, hələlik uçuşlar bərpa edilməyib. Dünən axşam Türk Hava Yollarının (THY) 64 reysi ləğv edilib.
Bu gün səhər saatlarında THY-nin verdiyi açıqlamada Atatürk və Sabiha Gökçən hava limanlarında bir çox reyslərin ləğv edildiyi bildirilib. Nəticədə, sərnişinlər çətin vəziyyətdə qalıblar.
Gecikmələr və reyslərin ləğv edilməsindən dolayı zərər gördüklərini bildirən sərnişinlər hava limanında qalmağa davam edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !