Atatürkə görə kluba cəza verildi

13:42 | 07.12.2013
Atatürkə görə kluba cəza verildi

Atatürkə görə kluba cəza verildi

Türkiyənin aşağı liqasında oynayan "Fethiyespor" klubuna qəribə cəza verilib. 

Qaynar.info xəbər verir ki, ölkə kuboku çərçivəsində "Fənərbaxça" ilə oyundan əvvəl klubun oyunçuları meydana "YÜCE ATATÜRK" (UCA ATATÜRK) sözləri yazılan köynəklərlə çıxıblar. 

Türkiyə Futbol Federasiyası (TFF) bunun beynəlxalq futbol qanunlarına zidd olduğunu deyərək, kluba cəza verib. 

Bundan başqa kluba qarşı, "Millətin sahib olduğu dəyərləri, sadəcə öz adlarına çıxaraq qarışıqlıq yaratmaq üçün istifadə etdikləri" ittihamı da irəli sürülüb. 

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM