Atatürkün bu fotosu səs-küyə səbəb oldu - FOTO

11:06 | 03.05.2014
Atatürkün bu fotosu səs-küyə səbəb oldu - FOTO

Atatürkün bu fotosu səs-küyə səbəb oldu - FOTO

Sosial şəbəkələrdə Türkiyə Cümhuriyyətinin qurucu Atatürkə aid olduğu iddia edilən körpə şəkli paylaşılıb.ANS PRESS-in xəbərinə görə, İstiqlal müharibəsi qazisi Mehmet Zeytinlinin arxivindən tapılan şəkildə Zeytinliyə aid qeyd də var. Yılmaz Kayahan adlı istifadəçi isə bu şəkil barədə şübhə doğuracaq 3 sual soruşub. 1. Osmanlı Dövlətinə ilk fotoaparat 1870-ci ildə Sultan Əbdüləziz dövründə saraya gətirilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində şəhərlərdə fotoqraf mağazaları açılmağa başlayıb. 1882 – 83-cü illərdə Selanikdə (Atatürkün anadan olduğu şəhər) fotoqraf vardımı? 2. Foto şəklin üstündə mənbə kimi göstərilən “Mehmet Zeytinli” sözü latın hərfləri ilə yazılıb. Bu isə yazının 1928-ci ildən sonra, hərf inqlabından sonra yazıldığını göstərir ki, bu da ən tez 1930-cu ildə ola bilər. 35-40 il əvvələ aid bu şəkil Mehmet Zeytinlinin əlinə necə keçə bilərdi?3. Bu foto şəkil niyə baş qərargah idarəsinin və Türk Tarix Qurumunun (TTK) arxivində yoxdur?Şəkil barədə dəqiq və rəsmi məlumat isə hələ verilməyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM