“Axar.az” xəbər verir ki, məşhur kolleksiyaçı Kamal Can Süleymaniyəyə məxsus “Levant Antika” tərəfindən “Rixos Pera” otelində təşkil edilən hərrac mayın 17-də keçiriləcək.Məktubda Lətifə xanımın tələbləri ilə yanaşı, Respublikanın ilk illərinə aid maraqlı məlumatlar da yer alıb. Maraqlısı isə odur ki, Lətifə xanımın məktubları karandaşla yazılıb.Məktubda Lətifə xanımın İsmət Paşa ilə aralarında olan söhbətləri də yer alıb. O, məktubda İsmət Paşaya müraciət formasında bildirir ki, mən evdən birdəfəlik olaraq çıxmadım:“Nə əşya aldım, nə də almaq məqsədilə əşyalardan danışdım. Paşam, bu evi birdəfəlik tərk edirəmsə, əvvəlcədən bilim. Onsuz da Paşa həzrətlərinin hesabları, pulu və bütün evi mənə verilib”.Lətifə xanım məktubda onun üçün maddi və mənəvi dəyər daşıyan şəxsi əşyalarından da danışır. Bu siyahıya mərhum nənəsindən xatirə qalan üç ədəd şal və sapı qızıl sədəfdən olan bir tapança da daxildir.Atatürkün həyat yoldaşının məktubunda diqqət çəkən məqam onun boşanacağı təqdirdə yalnız ailəsi tərəfindən verilən xüsusi əşyaları tələb etməsidir.Məktubları hərraca çıxaracaq kolleksioner Kamal Can Süleymaniyyə qeyd edir ki, Lətifə xanım məktubun sonunda bu günə qədər olduğu kimi, bundan sonra da paşanın lehinə və əleyhinə heç bir söz işlətməyəcəyini bildirib.Süleymaniyyə deyir ki, məktubun sirrinin pozulmaması və onu hərracda alacaq adamın haqqlarını pozmamaq üçün məktubda yazılanlar haqqında daha ətraflı məlumat verməyəcək.Süleymaniyyə qeyd edir ki, hərracda satılacaq əşyalar arasında Atatürkün imzası olan bir fotoşəkil, 1891-ci ildə Osmanlı torpaqlarında ilk dəfə qurulan bir sığorta firmasının sənədi, Qanuni Sultan Süleymanın Ərzurum Bəylərbəyinə göndərdiyi fərman da var. O, həmçinin, hərracda kolleksionerlərin marağına səbəb olacaq bir çox fotoşəkil, cib saatı, Osmanlı medal və nişanları kimi 1500-ə qədər müxtəlif əsərlər də təqdim edəcək. ANN.Az